Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

zərdə Azərbaycanın xüsusi gəmiləri üzə

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Odessa Dəniz Mühəndisliyi Bürosu birgə əməkdaşlığı genişləndirir. Əməkdaşlıq nəticəsində yeni quru yük, yanğınsöndürən, kran gəmilərinin inşası planlaşdırılır. Bu barədə “seanews.az”-a Odessa Dəniz Mühəndisliyi Bürosunun direktoru Gennadi Yeqorov məlumat verib. Bildirib ki, həmin gəmilərin texniki layihəsinin hazırlanması işləri gedir. Yeqorovun sözlərinə görə, sözügedən gəmilər müasir tələblərə tam cavab verəcək və Xəzər üçün çox önəmli su nəqliyyatı vasitələri olacaq. “Məqsədimiz təkcə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasını yeniləmək deyil. Biz əminik ki, əməkdaşlığımız bu sahədə azərbaycanlı mütəxəssislərin hazırlanması işinə də töhfə verəcək. Çünki, gəmilərin həm layihələndirilməsi, həm də inşası prosesində yerli mühəndislərin yaxından iştirakı tam  təmin olunacaq”,-  deyə G.Yeqorov qeyd edib. Büro direktoru Gəmiçiliklə əməkdaşlığın uğurla davam etdiyini də vurğulayıb: “Biz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə əməkdaşlığımızdan məmnunuq.  Xüsusi ilə qeyd etmək istəyirəm ki, əməkdaşlığımızın inkişafında AXDG-nin rəhbərliyinin böyük rolu var.” Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Odessa Dəniz Mühəndisliyi Bürosunun hazırladığı təklif əsasında  2016-cı  ilin oktyabrında ilk  gəmi sifarişini yerləşdirib.  Söhbət Bakı Gəmiqayırma Zavodunda tikintisi davam edən  2 ədəd unikal Ro-Pax/Bərə tipli gəmidən gedir. Həmin gəmilərin  ilk polad lövhələrinin kəsimi martda  baş tutub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır