Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Dəniz quldurlarının hücumları artıb – STATİSTİKA

2020-ci ilin birinci rübündə gəmilərə 47 pirat hücumu qeydə alınıb. Ötən ilin anoloji dövründə 38 belə hadisə baş verib.

Beynəlxalq Dəniz Bürosunun (IMB) açıqladığı məlumata görə, bu il 37 dəfə quldurlar gəmilərə qalxmağa nail olublar.

Pirat hücumu baxımdan yenə də ən təhlükəli bölgə Qvineya körfəzidir. Sözügedən müddətdə burada gəmilərə 21 hücum olub, üç hücum zamanı quldurlar 17 dənizçini əsir götürüblər. Bütün hadisələr sahildən 45-75 dəniz mili məsafəsində baş verib.

Bir zamanlar mütəmadi pirat hücumlarının müşahidə olunduğu Somali sahillərində son 2 rübdə heç bir fakt qeydə alınmayıb.

2019-cu il ərzində 10 gəmi atəşə tutulsa da, 2020-ci ilin ilk rübündə quldurlar Nigeriyanın iqtisadi zonasında 4 gəmiyə atəş açıblar.

İndoneziyada quldurlar lövbərdə dayanmış 5 gəmiyə hücum ediblər. Yanvar ayı ərzində Malaziyada balıqçı gəmisinin 5 heyət üzvü girov götürülüb. Braziliyada gəmini zəbt etsələr də, geri çəkilmək məcburiyyətində qalıblar. Sinqapurda isə heç bir quldur hücumu qeydə alınmayıb. Perunun Callao limanında 5 hücum halı yaşanıb,  nəticədə 2 heyət üzvü yaralanıb.

Beynəlxalq Dəniz Bürosunun (IMB) direktoru Maykl Haulettin sözlərinə görə, patrullar, gəmi təhlükəsizliyi tədbirləri, dövlətlər arasında əməkdaşlıq və şəffaf məlumat mübadiləsi - piratlığa və gəmilərə silahlı hücumlara qarşı mübarizəyə kömək edir. Büronun direktoru gəmi kapitanlarını ayıq olmağa çağırıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır