Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Azərbaycanın ilk milli istehsalı olan “Laçın” tankerinin xarici sularda istismarına qərar verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması ilə yanaşı, bir bazardan asılılığının aradan qaldırılması üçün xarici sularda fəaliyyəti də daim diqqət mərkəzində saxlanılır.

ASCO bu istiqamətdə daha bir addım atıb. Ötən ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən və ilk milli istehsalımız olan tanker tipli “Laçın” gəmisinin Azərbaycan bayrağı altında xarici sularda fəaliyyət göstərməsinə qərar verilib.

Artıq dizel yanacağı ilə yüklənmiş “Laçın” tankeri ilk səfərinə hazırdır. Gəmi Bakı limanından üzü Gürcüstanın Kulevi limanı istiqəmətində səfərə yollanacaq. Volqa-Don kanalı ilə Rusiyanın daxili sularından keçərək Kulevidə də əlavə yüklənmə olduqdan sonra Türkiyəyə doğru istiqamət alacaq. “Laçın”ın apardığı yükün Türkiyənin Gebze limanına çatdırılması planlaşdırılır. 

Daimi heyəti 14 nəfərdən ibarət gəmi bundan sonra Qara və Aralıq dənizləri hövzələrində maye yükdaşımalar həyata keçirəcək. Uzunluğu 141, eni 16,9 metr olan yeni nəsil “Laçın” tankeri təkcə Azərbaycanın beynəlxalq yükdaşımalarda mövqeyinin möhkəmlənməsində deyil,  xarici sularda ölkəmizin təmsil və təbliğində də mühüm rol oynayacaq.

Xatırladaq ki, ASCO-nun Xəzərdənkənar beynəlxalq sularda fəaliyyəti uzun fasilədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub. “Laçın” gəmisinin istismarına başlanması ilə Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 15-ə çatıb. Onlardan 12-i quru yük, 3-ü tankerdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır