Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

“LNG” gəmilərinə maraq artır

Bu il xeyli mayeləşdirilmiş təbii qazla (“LNG”) işləyən gəmilərə sifarişlərin sayı artmışdır. “Clarksons SEA-LNG”-nin məlumatına görə, bütün sifariş qovluğunun ümumi tonajında ​​“LNG” gəmilərinin payı 30%-ə yaxınlaşır.

“Seanews.az” xəbər verir ki, 2021-ci il  “LNG” ilə işləyən, iki yanacaqlı mühərriklərlə təchiz edilən gəmilərin inşasına dair yeni müqavilələr baxımından əlamətdar oldu. Bu cür  gəmilər, müxtəlif bazar seqmentlərində fəaliyyət göstərən, okeanda yük daşıyan şirkətlər tərəfindən sifariş edilir. Yaxın illərdə suya buraxılacaq bütün avtomobildaşıyan gəmilərin  90%-dən çoxunun “LNG” mühərrikləri ilə təchiz olunacağı gözlənilir.

“LNG” gəmilərinə maraq eynilə, konteynerdaşıyan gəmilərin sahiblərindən və operatorlarından da müşahidə edilir. Bu cür gəmilər üçün sifarişlərin həcmi 2020-ci ilin yanvar ayından bu yana beş dəfə artmışdır.

Tanker və quru yük gəmilərinin operatorları da onlardan geridə qalmırlar. Məsələn, yeni “LNG” tankerlərinin sifarişi yeddi dəfə, balkerlərin sifarişi isə iki dəfə artmışdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır