Rusiya Hərbi Dəniz Qüvvələri 2022-ci ildə iki sualtı qayıq alacaq
Birləşmiş Gəmiqayırma Korporasiyası bu il iki sualtı qayığı Rusiya Hərbi Dəniz Qüvvələrinə təhvil verəcək.
“Seanews.az” xəbər verir ki, bu barədə çərşənbə günü TASS-a korporasiyanın rəhbəri Aleksey Raxmanov məlumat verib.
"Bu o deməkdir ki, plana əsasən, artıq bir sualtı qayıq vaxtından əvvəl təhvil verilib. Biz daha ikisinin istismara verilməsini gözləyirik", - deyə Rəhmanov bildirib.
Amma korporasiyanın rəhbəri hansı qayıqlardan söhbət getdiyini dəqiqləşdirməyib.
"Və siz bunu görəcək və eşidəcəksiniz", - deyə müvafiq suala cavab verib.
Bundan əvvəl Birləşmiş Gəmiqayırma Korporasiyası 955A layihəsinin (kod "Borey-A") ikinci seriyalı nüvə sualtı raket daşıyıcısı "Generalissimus Suvorov"un 2022-ci ilin dekabrında Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcəyini bildirmişdi.
"Admiralty Shipyards" bu il donanmaya 677 layihəli "Lada" B-586 "Kronstadt" və B-587 "Veliky Luki" sualtı qayıqlarını təhvil verməyə hazırlaşır. Bundan əlavə, planlara 636.3 B-588 “Ufa” sualtı qayığının 2022-ci ildə Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi də daxildir.