"Queen Sara" gəmisi təyinat limanına çatıb
Anbarları Ukraynanın kənd təsərrüfatı məhsulları ilə dolu olan "Queen Sara" quru yük gəmisi çərşənbə günü Misirə çatıb.
“Seanews.az”ın məlumatına görə, gəmi Əbu Kir limanına 11 091 ton qarğıdalı ilə yan alıb.
İstanbuldakı Birgə Koordinasiya Mərkəzi "Queen Sara"-nın Ukraynanın Yujnı limanından çıxmasına sentyabrın 5-də icazə vermişdi.
Qeyd edək ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır