Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Ukrayna limanlarından 61 min ton kənd təsərrüfatı məhsulu ilə üç gəmi çıxıb

Asiya və Avropaya 61 min ton kənd təsərrüfatı məhsulu çatdıracaq üç gəmi “taxıl sazişi” çərçivəsində Ukrayna limanlarını tərk edib.

Bu haqda Ukraynanın İnfrastruktur Nazirliyi “Telegram”-da xəbər verir.

Hazırda Odessa limanlarında 23 gəmi yük əməliyyatına dayanıb. Onların anbarlarına ümumilikdə  856 min ton kənd təsərrüfatı məhsulları vurulacaq.

Avqustun 1-dən isə Odessa limanlarını tərk edən 504 gəmi Asiya, Avropa və Afrika ölkələrinə 12,27 milyon ton Ukraynaya məxsus ərzaq məhsulları çatdırıb.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır