Javaharlal Nehru limanının konteyner dövriyyəsində 6,05 milyon TEU artım qeydə alınıb
2023-cü maliyyə ilində (söhbət 1 aprel 2022-ci ildən 31 mart 2023-cü ilə qədər olan dövrdən gedir) Hindistanın ikinci böyük yükaşırma müəssisəsi olan Javaharlal Nehru limanının konteyner dövriyyəsində rekord artım qeydə alınıb.
“Seanews.az”-ın məlumatına görə, 6,05 milyon TEU təşkil edən bu artım 2022-ci maliyyə ilindəki göstəricidən 6,4% çoxdur. Keçən il konteyner dövriyyəsi 5,68 milyon TEU olmuşdur.
31 mart 2023-cü il tarixinə limanda işlənmiş yüklərin ümumi həcmi 83,86 milyon ton təşkil edib ki, bu da ötən hesabat ilinin eyni dövründə işlənmiş 76 milyon ton yüklə müqayisədə 10,35% çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır