Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

ABŞ-dan LNG-nin ilk yükü Finlandiyanın İnkoo limanına çatdırılıb

“Vivit Americas LNG” qaz daşıyıcısı ABŞ-dan mayeləşdirilmiş təbii qazın (LNG) ilk partiyası ilə Finlandiyanın İnkoo limanına gəlib.

Bu barədə yükü sifariş edən enerji şirkəti “Eesti Gaas” məlumat yayıb.

“Eesti Gaas” 2023-cü ilin payızına qədər mayeləşdirilmiş təbii qazın on dəfə tədarükü üçün LNG terminalları ilə müqavilələr imzalayıb. Bu ilin yanvar və mart aylarında ABŞ və Norveçdən Litvanın Klaypeda limanına üç dəfə yük gətirilib. Ümumilikdə, İnkoo limanı yaz və yay aylarında yeddi dəfə LNG göndərişini qəbul etməyə hazırlaşır. Eyni zamanda, Finlandiya limanı vasitəsilə çatdırılma ilk dəfə həyata keçirilir. Belə ki, 2022-ci ildə şirkət müştərilərinə LNG-ni Klaypeda limanı vasitəsilə tədarük edib.

Yük Amerikanın “Venture Global Calcasieu Pass” terminalı ərazisindəki (Luiziana) mayeləşdirmə zavodunda istehsal edilib və “Vitol” donanmasının “Vivit Americas LNG” tankeri (Malta Bayrağı ilə üzür) ilə daşınıb. Uzunluğu 299 metr, eni 46 metr, tutumu 174,06 min kubmetr olan tanker t2020-ci ildə inşa edilib.   

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır