Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Martda Süveyş kanalından 2191 gəmi keçib

Süveyş kanalının 2023-cü ilin birinci rübündə mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 40,6% artaraq 2,38 milyard dollar təşkil edib. Keçən ilin yanvar-mart aylarında bu göstərici 1,69 milyard dollar olub.

Bu barədə Misirdəki ticarət nümayəndəliyinin mətbuat xidməti Süveyş kanalı administrasiyasına istinadən məlumat yayıb.

2023-cü ilin martında kanalın gəliri keçən ilin müvafiq dövrü ilə müqayisədə 38,5% artaraq 832 milyon dollar olub ki, bu da ən yüksək aylıq gəlir deməkdir.

2022-ci ilin martında kanaldan hər iki istiqamətdə ümumilikdə 107 milyon ton yüklə  1816 gəmi keçmişdi. Cari ilin martında isə kanaldan 129 milyon ton yüklə  2191 gəmi keçib.

Süveyş Kanalı İdarəsinin rəhbəri Usamə Rabia 2023-cü ildə su arteriyasının gəlirlərinin 9 milyard dollara çatacağını bildirib.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır