Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Göteborq limanı 2023-cü ilin sonunda metanol təchizatına başlayacaq

İsveçin yanacaq çənləri operatoru “Inter Terminals Sweden” (“ITS”) bu ilin sonuna qədər Göteborq limanını metanol bunkerləri ilə təmin etməyi planlaşdırır.

“Seanews.az”-ın məlumatına görə, şirkət hazırda Göteborq Liman İdarəsi ilə 2023-cü ilin sonuna qədər metanol təchizatının mümkünlüyü ilə bağlı layihəni razılaşdırır.

"Mövcud çənlərin və əlaqəli infrastrukturun bəzilərinin metanol bunkerini yerləşdirmək üçün yenilənməsinə hazırlıqlar davam edir. Yükləmə zamanı metanol qazlarının idarə edilməsi üçün infrastrukturun yaradılmasında təhlükəsizlik məqsədi ilə Buxar tutma qurğusundan istifadə ediləcək”,-deyə şirkətdən bildirilib.

“İTS” şirkətinin nümayəndəsi deyib ki, hazırda buxar tutma qurğusunun quraşdırılması üçün yer axtarırlar.

Qeyd etmək lazımdır ki, metanolun alternativ dəniz yanacağı kimi populyarlığı Danimarkanın nəqliyyat və logistika qrupu “A.P. Moller-Maersk” konteyner gəmiləri üçün metanol seçiminə üstünlük verəndən sonra artıb.

Hazırda bir çox ölkələrdə yaşıl metanolun istehsalını artırmaq üçün texnologiyalar hazırlanır. Metanolla işləyən gəmilər sifariş verən şirkətlərin belə yanacağa ehtiyacı bir neçə ildən sonra əhəmiyyətli dərəcədə artacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır