Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Süveyş kanalından birinci rübdə daha çox tanker keçib

Geosiyasi ziddiyyətlərin kəskinləşməsi və dünya ticarət axınlarının yenidən qurulması fonunda Süveyş kanalı ilə nəqliyyat gəmilərinin hərəkəti də sürətlə artmaqda davam edir.

“Seanews.az” xəbər verir ki, bu ilin ilk üç ayında tranzit gəmilərinin sayı ötən ilki göstəricini 19% ötüb.

Ümumilikdə, birinci rübdə Kanal administrasiyası 6,4 min ticarət gəmisini qeydə alıb.

Tranzit daşımalarda tankerlər birinci yerdədir:kanal vasitəsilə bütün daşımaların 30%-i onların payına düşür. 2022-ci ildə tankerlər üçün bu göstərici 25% olub.

Keçən il 27%-lə lider olan balkerlər cari ilin birinci rübündə ikinci yerlə (26%) kifayətlənib. Konteyner gəmilərinin birinci rübdəki göstəricisi keçən ilki 24%-dən 21%-ə enib.

Misirin gəmi tranzit ödənişlərindən ilk üç ayda əldə etdiyi gəlir keçən ilin  birinci rübü ilə müqayisədə 35% artaraq 2,3 milyard ABŞ dolları təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır