Honkonq limanının konteyner dövriyyəsi azalıb
2023-cü ilin yanvar-mart aylarında Çinin Honkonq limanının konteyner dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,4% azalaraq 3,4 milyon TEU təşkil edib.
Liman Administrasiyasının materiallarında göstərildiyi kimi, limanın ən böyük konteyner terminalı olan Kvai Tsinq vasitəsilə aşırılma 14,3% azalaraq 2,64 milyon TEU təşkil edib.
Hesabat dövründə limanın digər terminalları ilə aşırmalar 20,4% artaraq 748 min TEU-ya çatıb.
Honkonq limanı dünyanın ən böyük limanlarından biridir. Limana ildə 456 min gəmi yan alır. 2022-ci il üçün Honkonq limanının konteyner dövriyyəsi 6,9% azalaraq 16,6 milyon TEU olub.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır