Şanxay limanının yük dövriyyəsi azalıb
2023-cü ilin yanvar-mart aylarında Şanxay limanında 132,7 milyon ton yük aşırılıb.
“Seanews.az” xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1% az deməkdir.
Liman administrasiyasının məlumatına görə, yanvar-fevral aylarında konteyner dövriyyəsi 6,5% azalaraq 1,15 milyon TEU olub.
Şanxay limanı Çinin nəhəng yükaşırma müəssisəsidir. 2022-ci ildə limanın yük dövriyyəsi 513,7 milyon ton təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır