Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Antverpen-Brügge limanında aşırılan yükün həcmi azalıb

2023-cü ilin birinci rübündə Belçikanın Antverpen-Brügge limanında aşırılan yüklərin ümumi həcmi 68,7 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% azdır.

Liman Administrasiyasının hesabatında belə deyilir. Yük dövriyyəsinin azalması, ilk növbədə, mürəkkəb geosiyasi və makroiqtisadi vəziyyətlə əlaqələndirilir ki, bu da konteyner seqmentinin azalmasına və yük axınlarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

“2022-ci ilin üçüncü rübündən etibarən konteyner terminallarında yaranan sıxlıq problemləri mərhələli şəkildə həll olundu. Bazardakı qeyri-müəyyənlik və inflyasiya konteyner daşımalarına tələbatın azalmasına və xüsusən Uzaq Şərqdən səfərlərin ləğvinə səbəb olub”, - deyə hesabatda bildirilir.

2023-cü ilin yanvar-mart aylarında Rusiya ilə əlaqəli daşımalar keçən ilin eyni dövrü ilə müqayisədə az olub. Bu, 2022-ci ilin birinci rübü ilə müqayisədə konteyner dövriyyəsinin ton baxımından 6,6%, TEU-da isə 5,7% azalması ilə nəticələnib.

Ro-Ro yüklərinin aşırılması göstəriciləri dəyişməyib, lakin yeni idxal olunan avtomobillərin seqmentində canlanma müşahidə olunub: 2023-cü ilin yanvar-mart aylarında 904,9 min avtomobil aşırılıb ki, bu da 2022-ci illə müqayisədə 7,2% çoxdur. Beləliklə, Antverpen-Brügge limanı dünyanın ən böyük avtomobil limanı olub və hələ ki, belə də qalır.

Hesabat dövründə Zeebrugge limanına 4946 xətt gəmisi yan alıb.

Liman rəhbərliyi ən böyük konteyner gəmilərini qəbul edə bilməsi üçün terminalın müasirləşdirilməsi və dərinləşdirilməsi layihəsinə başlayıb. Limana üz tutan gəmilərin tonajında ​​artım tendensiyasını 24 116 TEU tutumlu “MSC Tessa”, 24 188 TEU tutumlu “OCCL Spain” və 24 346 TEU tutumlu “MSC Loreto”  kimi nəhəng konteyner gəmilərinin limana yan alması da təsdiqləyir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır