Dakardakı “DP World” terminalı rekord aylıq göstəriciyə nail olub
Dakar limanındakı “DP World” konteyner terminalı 2023-cü ilin mart ayında 76,28 min TEU aşırıb.
Beynəlxalq terminal operatoru mətbuata açıqlamasında bildirib ki, bu, 2008-ci ildə Seneqalda fəaliyyətə başlayandan bəri “DP World” ən yüksək aylıq göstəricisidir.
Dubay şirkəti terminalın modernləşdirilməsi və tutumunun genişləndirilməsinə təxminən 300 milyon dollar sərmayə qoyub. Bu investisiya, məhsuldarlığın 200% artması və gəminin dayanma müddətinin sıfra enməsi ilə nəticələnib.
İndi Dakar limanındakı konteyner terminalı Qərbi Afrikadakı ən məhsuldar terminallardan biridir. Obyektin illik məhsuldarlığı 2008-ci ildəki 265 000 TEU-dan 2022-ci ildə 738 000 TEU-ya yüksəlib.
“DP World” (Dubay, BƏƏ) aparıcı beynəlxalq dəniz terminalı operatorlarından biridir və logistika və digər xidmətlərin təminatçısıdır. “DP World”-in aktivlərinə dünyanın 45-dən çox liman ölkəsində 150-dən çox aktiv dəniz terminalı daxildir.
“Seanews.az”