Yanvar-martda İsraildən Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb
2023-cü ilin yanvar-mart aylarında İsraildən Türkiyə limanlarına 3 milyon 949 min 962 ton yük daşınıb.
Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər İsraildən limanlara 268 min 101 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 3 milyon 667 min 620 ton yük çatdırıb.
Bu müddət ərzində İsrail bayraqlı gəmilərlə Türkiyə limanlarına 14 min 241 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-mart aylarında Türkiyə limanlarına İsraildən 401 min 997 ton tranzit yük daşınıb.
Qeyd edək ki, 2023-cü ilin mart ayında Türkiyə limanları 31 milyon 918 min 316 ton yük qəbul edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır