Logistika mərkəzi 392 milyon dollara başa gələcək
Şri-Lanka Limanlar İdarəsi və Çinin “China Merchants Port Holdings” şirkəti arasında Kolombo limanında ticarət və logistika mərkəzinin tikintisinə dair müqavilə imzalanıb.
Bu barədə “Sinxua” məlumat yayıb.
Şri-Lankanın limanlar, gəmiçilik və aviasiya naziri Nimal Siripal de Silvanın sözlərinə görə, logistika mərkəzinin yaradılması Kolombo limanının nüfuzunu və rəqabət qabiliyyətini artırmağa kömək edəcək.
“China Merchants Group”-un rəhbəri Myao Szyanmin isə qeyd edib ki, korporasiya yerli şirkətlərlə əməkdaşlığı gücləndirməyi və Şri-Lankanın inkişafına töhfə verməyi planlaşdırır.
Qeyd edək ki, mərkəzin tikintisinə yatırılan investisiyaların həcmi 392 milyon dollar təşkil edəcək.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır