Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Taxıl müqaviləsi üzrə danışıqlar mayın 5-də texniki səviyyədə aparılacaq

“Rusiya, Türkiyə, Ukrayna və BMT arasında taxıl sazişi üzrə danışıqlar mayın 5-də İstanbulda texniki səviyyədə keçiriləcək”.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Nazir müavinlərinin görüşündən əvvəl BMT, Türkiyə, Rusiya və Ukraynadan olan texniki heyətlə görüşün keçirilməsi zərurəti yaranıb. Sabah keçiriləcək görüşdən sonra gələn həftə nazir müavinlərinin görüşü olacaq”-deyə, o bildirib.

Nazir müavinlərinin keçirəcəyi iclasın gündəliyi ilə bağlı danışan Akar deyib: “Bir tərəfdən taxıl daşınması ilə bağlı danışıqlar aparılarkən, digər tərəfdən də orada qalan Türkiyə bayraqlı gəmilər var. Həmin gəmilərin təxliyəsi də gündəmdə olacaq. Biz birlikdə gündəm yaradacağıq və bu gündəliyi nazir müavinləri müzakirə edəcək, sonra qərar veriləcək.

Taxıl təşəbbüsünün sürətli, təhlükəsiz və planlı şəkildə davam etməsini təmin etmək üçün səylərimizi davam etdiririk, xüsusən də Afrikadakı sabitliyə çox mühüm töhfə verdiyi üçün. Hesab edirik ki, sabah texniki müstəvidə, gələn həftə isə nazir müavinlərinin görüşü ilə bu məsələ planlı şəkildə davam etdiriləcək”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır