Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

BMT: Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində gəmilərin fəaliyyəti bərpa olunub

BMT Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində İstanbulda fəaliyyət göstərən Birgə Koordinasiya Mərkəzi yeni gəmilərin hərəkət istiqamətinin təsdiqləndiyini açıqlayıb.

"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq gündəlik mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə və BMT-nin təşəbbüsü ilə ötən gün iki ay müddətində uzadılan Qara Dəniz Taxıl Təşəbbüsünün fəaliyyəti bərpa olunub. O əlavə edib ki, Birgə Koordinasiya Mərkəzi limana daxil olan üç gəminin hərəkətini təsdiqləyib: "Mayın 4-dən bu yana ilk dəfə olaraq gəmilərin hərəkəti bərpa olunub. Bu gün Odessa və Çernomorsk limanlarına gedən üç yeni gəmi yola düşüb. Gediş yolunda daha üç gəmi var - bunlardan ikisi İstanbulda, biri isə 2022-ci ilin mart ayından Ukrayna limanlarında qapalı vəziyyətdə qalıb. Hazırda həmin gəmilər də, təşəbbüsün şərtlərinə əsasən, Ukraynanı tərk edir".

F. Haq tərəfləri gəmilərin hər üç limandan azad hərəkətini təmin etməyə çağırıb.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Paket sazişi həmçinin Rusiyanın ərzaq və gübrə ixracının qarşısının alınmasını nəzərdə tutur.

Qeyd edək ki, Rusiya Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı saziş növbəti dəfə iki aylıq müddətdə uzadıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır