Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Los-Anceles limanının konteyner dövriyyəsi azalıb

2023-cü ilin yanvar-aprel aylarında ABŞ-ın Los-Anceles limanının konteyner dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 29% azalaraq 2,52 milyon TEU olub.

“Seanews.az”-ın məlumatına görə, apreldə limanın konteyner dövriyyəsi 688,1 min TEU təşkil edib ki, bu da 22,5% az deməkdir.

Los-Anceles limanı ABŞ-ın ən böyük dəniz limanıdır. Sahəsi 3,5 min hektar olan limanın tökmə, maye, konteynerləşdirilmiş yüklərin və nəqliyyat vasitələrinin aşırılması üçün 27 yük terminalı var.

Qeyd edək ki, 2022-ci ildə limanın konteyner dövriyyəsi 9,9 milyon TEU təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır