Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Gürcüstan limanlarına 3931 gəmi yan alıb

2023-cü ilin birinci rübündə Gürcüstan limanları 3,5 milyon ton yük aşırıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,8% azdır.

"Seanews.az" xəbər verir ki, aşırılan 3,5 milyon ton yükün 39,5%-i ümumi, 34%-i maye, 26,6%-i toplu yüklər təşkil edir.

2023-cü ilin birinci rübündə Gürcüstan limanlarına 3931 gəmi yan alıb. Bunlar daha çox Panama (16,3%), Liberiya (16,3%), Türkiyə (13,7%), Malta (8,4%), Bolqarıstan (5,3%) və Rusiya (5,1%) bayrağı altında üzən gəmilər olub.

2023-cü ilin yanvar-mart aylarında Gürcüstan limanları 1,2 min sərnişinə xidmət göstərib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 55,8% azdır.

Qeyd edək ki, hazırda Gürcüstanda iki liman var - Batumi və Poti. Sonuncu əsas yükaşırma müəssisəsidir. Eyni zamanda, ölkə hakimiyyəti 2023-cü ilin payızında dərin dəniz Anaklia limanının tikintisini bərpa etmək istəyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır