Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“CEVA Logistics”  “Eastern Pacific Shipping”dən 4 avtomobil daşıyıcısını icarəyə götürüb

“CEVA Logistics” (“CMA CGM Group”-a daxildir) “Eastern Pacific Shipping” ilə 10 il müddətinə 4 avtomobil daşıyıcısını icarəyə götürmək üçün müqavilə imzalayıb. Gəmilər Çin-Avropa marşrutunda istismar ediləcək və ildə 140 min avtomobil daşıyacaq.

“Eastern Pacific Shipping” 2021-ci ilin ortalarında “China Merchants Jinling Shipyard”-a avtomobil daşıyıcılarının tikintisini sifariş edib. Uzunluğu 200 metr olan gəmilər hər səfərdə 7 min avtomobil daşıyacaq. İlk gəmi cari ilin dekabrında, daha üçü 2024-cü ildə istismara verilməlidir.

“CEVA” birbaşa istehsaldan qapıdan qapıya həllər təklif edəcək. Şirkət avtomobillərin konteynerlərdə çatdırılması xidmətini də inkişaf etdirməyi planlaşdırır.

“S&P Global Mobility” nəşri yazır: “Bu xidmət kiçik nəqliyyat vasitələri partiyalarını RO-RO gəmilərini idarə etməkdə çətinlik çəkən limanlara çatdırmalı olan yükgöndərənlər üçün nəzərdə tutulub”.

Qeyd edək ki, “CMA CGM” dörd avtomobil daşıyıcısı icarəyə götürmək niyyəti barədə hələ mart ayında mətbuata məlumat vermişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır