

Gəmiçilik şirkətləri qazanclı marşrutlar axtarır
Dəniz daşıyıcıları tələbatın dəyişməsinə uyğun olaraq daha sərfəli marşrutlara keçirlər.
“The Loadstar” Alphaliner-ə istinadən bildirir, ən böyük daşıyıcıların bir çoxu Asiya-Şimali Amerika ticarətində öz imkanlarını azaldıb.
Beləliklə, məsələn, “MSC” trans-Sakit okean ticarətində iştirak edən donanmasının daşıma qabiliyyətini 16%-dən 9%-ə endirib. Şirkət 5 milyonluq donanmasının 23% -ni Asiya-Avropa xidmətlərinə yerləşdirib. “MSC” tonajının 14%-ni Yaxın Şərq və Hindistan yarımadası marşrutlara köçürüb. Afrikaya xidmət göstərən xətlər isə şirkətin daşıma qabiliyyətinin 13%-dən istifadə edir.
“MSC”-nin “2M” alyansındakı tərəfdaşı “Maersk”-in ümumi daşıma qabiliyyəti 4,1 milyon TEU təşkil edir. Bunların 18%-i trans-Sakit okean ticarətinə, o qədər də Latın Amerikası bazarına yönəldilib
“Hapag-Lloyd” şirkəti üçün Latın Amerikasına xidmətlər sabit olaraq qalır. May ayında, birinci rübün nəticələrinin təqdimatı zamanı “Hapag-Lloyd”-un baş direktoru Rolf Habben Jansen bu xidmətlərin digər regionlara nisbətən daha etibarlı olduğunu və tam gücü ilə işlədiyini qeyd edib.
“Seanews.az”