Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Tyanzin limanının yük dövriyyəsi 2,1% artıb

Çinin şimalında yerləşən Tyanzin limanı 2023-cü ilin yanvar-iyun ayları arasında rekord həcmdə 11,35 milyon TEU-dan çox konteyner aşırıb. Bu, keçən ilin birinci yarısı ilə müqayisədə 8% çoxdur.

“Sinxua” Xəbər Agentliyi liman idarəsinin məlumatlarına istinadən xəbər verir.

Altı ayda limanın tonla yük dövriyyəsi 241 milyon ton (+2,1%) təşkil edib.

Qeyd olunur ki, uzun illərdir ki, liman yük dövriyyəsinə görə dünyanın on ən böyük limanı sırasındadır.

Tyanzin limanı (Bohay dənizinin sahilində) Çinin şimalında gəmiçilik xətləri üçün əsas yükaşırma mərkəzidir. Tyanzinin 180 ölkə və regionda 500-dən çox limanla ticarət əlaqəsi var.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır