Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Neft məhsulları Ventspils limanında aşırılan yüklərin ən böyük hissəsini təşkil edir

2023-cü ilin yanvar-iyun aylarında Latviyanın Ventspils limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% azalaraq 5,7 milyon ton təşkil edib.

“Seanews.az”-ın məlumatına görə, neft məhsulları hələ də aşırılan yüklərin ən böyük hissəsini təşkil edir. Hesabat dövründə limanda neft yüklərinin ötürülməsinin həcmi də 24% azalaraq 2,44 milyon tona düşüb.

Həcminə görə ikinci yerdə Qazaxıstan kömürüdür. Aşırılan  balker yükləri 2,06 milyon ton təşkil edib ki, bu da 21,6% az deməkdir.

Bərə daşımaları (Ro-Ro) Ventspilsdə üçüncü yerdə gəlir. Ümumi yüklərin aşırılmasının həcmi 20% azalaraq 1,18 milyon ton olub.

Hesabat dövründə limana 637 gəmi yan alıb ki, bu da 7% azdır.

Qeyd edək ki, 2022-ci ildə limanında  14,7 milyon ton yük aşırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır