Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Lonq-Biç limanında konteyner dövriyyəsi azalıb

2023-cü ilin yanvar-iyul aylarında ABŞ-ın Lonq-Biç limanında konteyner yüklərinin aşırılması 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 25,6% azalaraq 4,31 milyon TEU təşkil edib.

“Seanews” xəbər verir ki, idxal yüklərinin aşırılması 29% azalaraq 2 milyon TEU, ixrac yüklərinin aşırılması 4,2% azalaraq 785,2 min TEU olub.

Bu ilin iyul ayında 578,2 min TEU konteyner aşırılıb.

1911-ci ildə tikilmiş Lonq-Biç dünyanın aparıcı dəniz limanlarından biridir, trans-Sakit okean xidmətləri üzrə yük axınları üçün mərkəz sayılır. 2022-ci il üçün Lonq-Biç limanında konteynerlərin aşırılması 2021-ci illə müqayisədə 2,7% azalaraq 9,13 milyon TEU təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır