Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Çinin limanlarında 1,11 milyard ton müxtəlif yüklər aşırılıb

2023-cü ilin yanvar-avqust aylarında Çin limanlarında 1,11 milyard ton müxtəlif yüklər aşırılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,4% çoxdur. Bu ilin səkkiz ayı ərzində Çin limanlarında konteyner dövriyyəsi 203,7 milyon TEU-ya (+4,8%) çatıb.

“Ningbo Zhoushan” liman qrupunun hesabatında belə deyilir.

2023-cü ilin yanvar-avqust aylarında Şanxay limanının yük dövriyyəsi 10% artaraq 371 milyon ton, konteyner dövriyyəsi 3,5% artaraq 3,21 milyon TEU təşkil edib.

Digər Çin limanı Honkonqda, əksinə, 2023-cü il ərzində yüklərin aşırılmasında azalma davam edir. 2023-cü ilin yanvar-avqust aylarında limanın konteyner dövriyyəsi 15,1% azalaraq 9,55 milyon TEU-ya, o cümlədən ən böyük konteyner terminalı olan “Kwai Tsing” vasitəsilə aşırılma 16,6% azalaraq 7,4 milyon TEU-ya düşüb.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır