Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Lonq-Biç limanının konteyner dövriyyəsi 24% azalıb

2023-cü ilin yanvar-avqust aylarında ABŞ-nin Lonq-Biç limanında konteyner yüklərinin aşırılması 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,4% azalaraq 4,99 milyon TEU təşkil edib.

“Seanews.az” xəbər verir ki, dolu konteynerlərin idxal üçün aşırılması 27,2% azalaraq 2,34 milyon TEU, ixrac üçün işlənməsi isə 6,7% azalaraq 878,63 min TEU olub.

Bu ilin avqustunda 682,3 min TEU konteyner aşırılıb.

1911-ci ildə tikilmiş Lonq-Biç dünyanın aparıcı dəniz limanlarından biridir və trans-Sakit okean xidmətləri üzrə yük axını üçün mərkəzdir. 2022-ci ildə Lonq-Biç limanında konteyner yüklərinin aşırılması 2021-ci illə müqayisədə 2,7% azalaraq 9,13 milyon TEU-ya düşmüşdü.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır