Liepaya limanında 4,57 milyon ton yük aşırılıb
2023-cü ilin yanvar-avqust aylarında Latviyanın Liepaya limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9% azalaraq 4,57 milyon ton təşkil edib.
"Seanews.az" xəbər verir ki, taxıl aşırılması 1,6% artaraq 2 milyon ton təşkil edib.
Hesabat dövründə limanda tikinti materiallarının işlənməsi 5,4% azalaraq 492,6 min tona, neft məhsulları 14,7% azalaraq 185,2 min tona düşüb.
77% azalan konteyner dövriyyəsi 2,4 min TEU olub.
Limanndan keçən sərnişinlərin sayı 7 faiz artaraq 69,1 min nəfərə çatıb.
Yükaşırma müəssisəsinə 938 gəmi yan alıb ki, bu da 13% azdır.
Qeyd edək ki, 2022-ci ildə limanın yük dövriyyəsi 7,6 milyon ton təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır