Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“DP World” şirkəti Çindən Türkiyəyə konteynerlərdə avtomobillər göndərməyə başlayıb

Türkiyə limanındakı sıxlıq artan tələbat fonunda yeni nəqliyyat vasitələrinin çatdırılmasında əhəmiyyətli gecikmələrə səbəb olub.

“Seanews.az” xəbər verir ki, iyun ayında rekord sayda - 2022-ci ilin iyun ayı ilə müqayisədə 37,5% çox avtomobil satılıb.

“DP World” şirkətinin  qeyd etdiyi kimi, daşıma imkanlarının olmaması və limanlarda sıxlıq səbəbindən avtomobil istehsalçıları avtomobillərin vaxtında çatdırılmasını təmin edə bilməyiblər və uzun müddət gözləmək həm yeni, həm də işlənmiş avtomobillərin qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Bu səbəblərə görə, ”DP World” şirkəti “Chery Automotive”-ə konteynerlərdə 10 min Çin avtomobili göndərib.

“Bu, effektiv həll yoludur, çünki nəqliyyat vasitələri xüsusi limana və ya yanalma körpüsünə ehtiyac olmadan ənənəvi kran üsulu ilə boşaldıla bilər”,- deyə şirkət izah edir.

Eyni zamanda, “DP World” və “Chery” tutumunu artırmaq üçün rəf sistemi təqdim etdilər ki, bu da hər konteynerə həmişəki kimi, iki deyil, üç avtomobili yükləməyə imkan verir.

"Bu, müştərilərimiz üçün də yaxşıdır, çünki bu yolla biz nəqliyyat xərclərini azaldırıq",- deyə “DP World” vurğulayır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır