Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Honkonq limanının konteyner dövriyyəsi azalıb

2023-cü ilin yanvar-avqust aylarında Çinin Honkonq limanının konteyner dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1% azalaraq 9,55 milyon TEU təşkil edib.

“Seanews.az” xəbər verir ki, limanın ən böyük konteyner terminalı olan “Kwai Tsing” vasitəsilə aşırılma 16,6% azalaraq 7,4 milyon TEU-ya düşüb.

Hesabat dövründə limanın digər terminallarında yükaşırmalar 9,3% azalaraq 2,14 milyon TEU təşkil edib.

Dünyanın ən böyük limanlarından biri olan Honkonqa ildə 456 min gəmi yan alır. 2022-ci ildə limanın konteyner dövriyyəsi 6,9% azalaraq 16,6 milyon TEU olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır