Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Türkiyə limanlarına daşınan taxıl məhsullarının həcmi açıqlanıb

2023-cü ilin yanvar-sentyabr ayında Türkiyə limanları 14 milyon 786 min 473 ton taxıl məhsulları qəbul edib.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili taxıl məhsulları qəbulu 768 min 445 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə taxıl məhsulları daşınması 14 milyon 18 min 28 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2023-cü ilin yanvar-sentyabr ayında Türkiyə limanlarından transit yolu ilə heç bir taxıl məhsulları daşınmayıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr ayında Türkiyə limanları 15 milyon 602 min 100 ton kənd təsərüfatı məhsulları qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili kənd təsərüfatı məhsulları qəbulu 812 min 787 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə kənd təsərüfatı məhsulları daşınması 14 milyon 789 min 313 ton olub”, - deyə nazirlikdən bildirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır