Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Mayeləşdirilmiş təbii qazla işləyən “Sumire Leader” gəmisi “Mazda” avtomobilləri daşıyacaq

“NYK” gəmiçilik şirkətinin altıncı mayeləşdirilmiş təbii qazla (LNG ) işləyən avtomobil daşıyıcısı “Sumire Leader”, “Mazda Motor Corporation” üçün “Mazda” avtomobillərini daşınmağa başlayıb. Avtomobil daşıyıcısı Xirosima limanından ilk səfərinə çıxıb.

“Seanews.az”  xəbər verir ki, uzunluğu 199,9 metr, eni 38 metr olan “Sumire Leader” gəmisi bir səfərdə göyərtəsinə 7 min avtomobil götürür. Gəmi Liberiya bayrağı altında üzür.

Bu, Çinin “Jinling” gəmiqayırma zavodunda inşa edilən dördüncü avtomobil daşıyıcısıdır. Gəmiçilik şirkəti onların tikintisini 2021-ci ilin qışında sifariş verib.

Xatırladaq ki, 2021-ci ilin yayında “NYK” artıq Yaponiyanın “Shin Kurushima Dockyard” və “Nihon Shipyard” gəmiqayırma zavodlarının (“Imabari Shipyard” və “Japan Ocean Union”-un birgə müəssisəsi) hər birində 6 gəmi olmaqla daha 12 LNG ilə işləyən avtomobil daşıyıcısının tikintisini sifariş vermişdi.

Daha yaşıl daşımalara doğru hərəkət etmək strategiyasının bir hissəsi olaraq, “NYK” LNG-ni prioritet yanacaq kimi müəyyənləşdirib. “Sail GREEN” brendi altında şirkət öz donanmasına 20 yeni LNG ilə işləyən avtomobil daşıyıcısı əlavə etməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır