Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Türkmənistan Dəniz Ticarət Donanması ilə yük daşımalarının həcmi artıb

2023-cü ilin yanvar-oktyabr aylarında Türkmənistanın “Dəniz Ticarət Donanması” ASC-nin gəmiləri ilə yükdaşımaların ümumi həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,8% artaraq 1,884 milyon ton təşkil edib.

 “Seanews.az” xəbər verir ki, ümumilikdə, 2023-cü ilin yanvar-oktyabr aylarında yükdaşımalar üzrə plan 129,9 faiz yerinə yetirilib.

2023-cü ilin yanvar-oktyabr aylarında yük dövriyyəsi 789,134 milyon ton/km təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,1% çoxdur və yanvar-oktyabr ayları üçün yük dövriyyəsi planı 229,2% yerinə yetirilib.

2023-cü ilin yanvar-oktyabr aylarında sərnişin dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 58,7% artaraq 7,912 milyon sərnişin/km olub. Plan 240,9 faiz yerinə yetirilib. Daşınan konteynerlərin sayı 265,9% artımla 3271 TEU təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır