Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Misirin Süveyş kanalından əldə etdiyi gəlir iki dəfə artıb

2023-2024-cü maliyyə ilinin ilk iki ayında Misirin Süveyş kanalından keçən gəmilərə görə rüsumlardan əldə etdiyi gəlirlər təxminən 398 milyon dollara yüksəlib ki, bu da ötən maliyyə ilinin müvafiq dövrü ilə müqayisədə 203 milyon dollar çoxdur.

“Seanews.az” xəbər verir ki, Süveyş Kanalı Administrasiyasının məlumatında belə deyilir.

Su yolunun istismarından əldə edilən gəlirlərin iki dəfə artması 2023-2024-cü maliyyə ilinin iyul və avqust aylarında Misir büdcəsinin qeyri-vergi daxilolmalarının ümumilikdə təxminən 1,1 milyard dollara yüksəlməsinə səbəb olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 200,8 milyon dollar çoxdur.

Süveyş Kanalı İdarəsi 2022-2023 maliyyə ili üçün gəlirini bütün əvvəlki maliyyə ili ilə müqayisədə 35% artıraraq 9,4 milyard dollara çatdırıb.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır