Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Liepaya limanının konteyner dövriyyəsi 73% azalıb

2023-cü ilin yanvar-oktyabr aylarında Latviyanın Liepaya limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5% azalaraq 5,93 milyon ton təşkil edib.

“PortNews”-in məlumatına görə, taxıl aşırılması 8,2% artaraq 2,73 milyon tona çatıb.

Hesabat dövründə limanda tikinti materiallarının işlənməsi 5,2% azalaraq 632,2 min tona düşüb.

Neft məhsullarının aşırılmasında da azalma qeydə alınıb. 230,1 min ton neft məhsulları aşırılıb ki, bu da 11,2 faiz az deməkdir.

Konteyner dövriyyəsi 73% azalaraq 2,96 min TEU təşkil edib.

Liman vasitəsilə daşınan sərnişinlərin sayında isə artım qeydə alınıb:7 faiz.

Hesabat dövründə Liepaya limanına 1168 gəmi yan alıb. Bu, proqnozlaşdırılandan 13% azdır.

Qeyd edək ki, 2022-ci ildə limanda 7,6 milyon ton yük aşırılıb.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır