Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“CNC” və “COSCO” iki xəttə birgə xidmət edəcək

“CMA CGM” qrupuna daxil olan Asiyadaxili qısa dəniz operatoru “CNC” və “COSCO” şirkətləri “KCS” və “China 1” xətlərində gəmilərdən birgə istifadə haqqında müqavilə imzalayıblar.

“Seanews.az” xəbər verir ki, “KCS” xəttində 6-7 min TEU tutumlu 5 gəmidən istifadə ediləcək, onlardan 4-ü “CNC” şirkəti tərəfindən idarə olunur.

“KCS” xəttində isə gəmilər Tyanzin – Dalyan – Sindao – Sinqapur – Cakarta – Surabaya – Manila – Tyanzin ardıcıllığı ilə limanlara yan alacaqlar.

“China 1” (“CHN1”) xidmətində 29 dekabr 2023-cü il tarixindən etibarən 6 min TEU tutumlu dörd konteyner gəmisindən istifadə ediləcək, onlardan üçü “CNC” tərəfindən idarə olunur.

“CHN1” xidmətində gəmilərin limanlara yanalma ardıcıllığı belə olacaq: Şanxay – Ninbo – Suançjou – Şantou – Şençjen (Şekou) – Nanşa – Cakarta – Surabaya – Davao – Şanxay.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır