Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“NEOM” limanı Səudiyyə Ərəbistanının şimal-qərbinə açılan əsas dəniz qapısına çevriləcək

Səudiyyə Ərəbistanının “Archirodon” və “DEME” şirkətlərinin də daxil olduğu konsorsium hazırda tikilməkdə olan səkkizbucaqlı süni adada “NEOM” gələcək liman layihəsinin ikinci mərhələsini həyata keçirmək üçün müqavilə imzalayıb. Liman Səudiyyə Ərəbistanının şimal-qərbinə açılan əsas dəniz qapısına çevriləcək.

Seanews.az” xəbər verir ki, bu barədə “DEME” məlumat yayıb.

“NEOM” limanı Qırmızı dəniz sahili boyunca və yaxınlıqdakı dünya yük axınlarının 13%-nin keçdiyi Süveyş kanalına bitişik yerləşir. Bildirilir ki, liman ölkəyə gətirilən yük və materialların axınını asanlaşdırmaqla ölkənin iqtisadi problemlərinin həllində mühüm əhəmiyyət kəsb edəcək.

Konsorsium layihənin icrasına yaxın günlərdə - 2023-cü ilin dekabrında başlayacaq. “DEME” böyük beynəlxalq tikinti qrupu “Archirodon” ilə birlikdə ən böyük konteyner gəmilərini qəbul edə biləcək “NEOM” limanının akvatoriyası üzərində işləyəcək. Yanaşma kanalının inkişafı çərçivəsində əldə edilən bütün materiallar isə gələcəkdə üzən Oxaqon şəhərinin inkişafının təminatı üçün istifadə olunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır