

Hamina-Kotka limanında 2078 gəmidə yük əməliyyatı həyata keçirilib
2023-cü ilin yanvar-noyabr aylarında Finlandiyanın Hamina-Kotka limanının yük dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,7% azalaraq 12,9 milyon tona düşüb.
“Seanews.az” xəbər verir ki, ixrac yüklərinin aşırılması 15,9% azalaraq 8,55 milyon ton, o cümlədən maye yüklərin aşırılması 5,8 dəfə azalaraq 305 min ton təşkil edib.
İdxal yüklərin aşırılması 2,2% azalaraq 4,35 milyon tona düşüb. O cümlədən maye yüklər 923,4 min ton (-1,6% az) səviyyəsində olub.
Tranzit daşıma 19,1% (2,84 milyon ton) azalıb. Ölkədaxili daşınmalar 70,6% azalaraq 193,2 min tona düşüb.
Limanın konteyner dövriyyəsi 1,5% azalaraq 566,24 min TEU təşkil edib.
Hamina-Kotka limanına hesabat dövründə 2078 gəmi yan alıb ki, bu da, 11,3% az deməkdir.
Qeyd edək ki, 2022-ci ildə limanda 16,3 milyon ton yük aşırılmışdı.