Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Xətti gəmiçilik şirkəti İsrailə yüklərin çatdırılmasını dayandıracağı barədə müştərilərə xəbərdarlıq edib

“Orient Overseas Container Line” (“OOCL”) xətti gəmiçilik şirkəti “əməliyyat problemləri səbəbindən” İsrailə və İsraildən yüklərin çatdırılmasını dayandıracağı barədə müştərilərə xəbərdarlıq edib.

“Seanews.az” xəbər verir ki, məlumat şirkətin rəsmi saytında yerləşdirilib. Yüklərin qəbulu və çatdırılması ilə bağlı məhdudiyyətlər növbəti bildiriş gələnə qədər qüvvədə qalacaq.

Xatırladaq ki, Qırmızı dənizdə ticarət gəmilərinə hücumların artması səbəbindən bir sıra şirkətlər donanmanın Bab əl-Məndəb boğazı ilə hərəkətini məhdudlaşdırdıqlarını bildiriblər. Belə bəyanatlar artıq “Maersk”, “Hapag-Lloyd”, “MSC” və “CMA CGM” tərəfindən verilib.

Bab əl-Məndab Hind okeanını Qırmızı dənizlə birləşdirən boğazdır. Süveyş kanalından Asiya ilə Avropa arasında qısa yol kimi istifadə edən bütün gəmilər bu kanaldan keçməlidir. Eyni zamanda, Husi hərəkatının silahlı qüvvələri İsrail limanlarına gedən hər hansı bayraq altında bütün gəmilərin Fars körfəzi və Qırmızı dənizdən keçməsinin qarşısını almaq niyyətlərini daha əvvəl açıqlamışdı.

Qərargahı Honkonqda yerləşən “Orient Overseas Container Line” dünyanın müxtəlif ölkələrində 130 ofisi olan böyük konteyner nəqliyyatı və logistika şirkətlərindən biridir. Şirkətin xidmətləri Asiya, Avropa, Şimali Amerika, Aralıq dənizi, Hindistan yarımadası, Yaxın Şərq, Avstraliya və Yeni Zelandiyanı birləşdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır