Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Həştərxan vilayəti ilə Türkmənistan arasında bərə xətti bərpa olunacaq

Həştərxan vilayətinin limanları ilə Türkmənbaşı limanı arasında bərə xətti bərpa olunacaq.

“Seanews.az” xəbər verir ki, bu barədə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin “Rusiya” beynəlxalq sərgi və forumunda bildirib. 

"Biz Xəzəryanı dövlətlərdən investorları cəlb edirik. İndi "Lotus" xüsusi iqtisadi zonasında İranın "Roza" şirkəti istehsal sahəsi qurur, 2024-cü ildə məişət kimyası malları istehsal olunacaq. Türkmənistanla razılığa gəldik ki, bərə xətti bərpa olunsun. Liman xüsusi iqtisadi zonasının ərazisində Türkmənistanın logistika mərkəzi yerləşəcək”, - deyə İqor Babuşkin bildirib.

TASS xəbər verir ki, Həştərxan vilayətinin limanları ilə Türkmənbaşı limanı arasında bərə xətti məsələsi 10 ilə yaxındır müzakirə olunur.

Region rəhbərinin sözünə görə, Həştərxan gəmiqayırma zavodlarında gəmilərin inşası üçün sifarişlərin verilməsi ilə bağlı Xəzəryanı ölkələrlə də fəal danışıqlar aparılır. Birgə humanitar və təhsil sahəsində əlaqələrin inkişafı üçün də böyük potensial var.

"Bizim universitetlərdə Xəzəryanı ölkələrdən üç mindən çox tələbə təhsil alır. Biz Xəzəryanı əməkdaşlıq çərçivəsində idman və mədəni tədbirlər keçiririk", - deyə Həştərxan qubernatoru əlavə edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır