Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“Hapag Lloyd” şirkəti hələ də Süveyş kanalından keçməyi təhlükəli hesab edir

“Hapag-Lloyd” xətti gəmiçilik şirkəti Süveyş kanalı və Qırmızı dənizdən keçən adi marşrutunu daha uzun - Ümid burnu ilə dəyişmək qərarına gəlib.

“Seanews.az” xəbər verir ki, Qırmızı dənizdə gərginlik və risklər aradan qaldırılmadığı üçün şirkət aşağıdakı xətlər üçün xüsusi gəmilərin təxmini gediş və gəliş vaxtları ilə yenidən işlənmiş cədvəllər dərc edib: Avropa - Yaxın Şərq, Asiya - Aralıq dənizi, Asiya - Yaxın Şərq - Şimali Amerika, Asiya - Şimali Avropa, Asiya - Qırmızı dəniz.

“Hapag-Lloyd” müştərilərini vəziyyətin inkişafından asılı olaraq dəyişikliklərin edilə biləcəyi barədə məlumatlandırıb.

“Hapag Lloyd” nümayəndəsinin sözlərinə görə, şirkət hələ də Süveyş kanalından keçməyi çox təhlükəli hesab edir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır