Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Keçən il Antverpen-Brügge limanına 20156 dəniz gəmisi yan alıb

Antverpen-Brügge (Belçika) birləşmiş limanın ümumi yük dövriyyəsi 2023-cü ildə əvvəlki illə müqayisədə 5,5% azalaraq 271 milyon ton təşkil edib.

“Seanews.az” xəbər verir ki, Limanda maye yüklərin aşırılması 2023-cü ildə 2,1% azalıb.

Ro-Ro yük seqmentində 2,1% azalma qeydə alınıb. Aşırılan Ro-Ro yüklərinin sayında yaxşılaşma idxal olunan nəqliyyat vasitələrinin aşırılmasının 3,56 milyon ədədə qədər artması hesabına əldə edilib ki, bu da 2022-ci illə müqayisədə 9% çoxdur.

Quru yükaşırma seqmentində həcmlər 2022-ci illə müqayisədə 13,9% azalıb. Bu, enerji böhranı səbəbindən 2022-ci ildə kömürə yüksək olan tələbatın kəskin azalması ilə bağlıdır. Rusiyaya tətbiq edilən məhdudiyyətlər və yüksək qiymətlərə görə, gübrələrin aşırılması 2023-cü ildə də azalıb.

Zeebrugge limanı 2023-cü ildə 169 kruiz gəmisi və 953 mindən çox sərnişinə xidmət göstərib ki, bu da liman üçün rekord göstəricidir. Son bir il ərzində Antverpen-Brügge limanına 20 156 dəniz gəmisi (+4,2%) üz tutub. Onların ümumi tutumu 2,6% artaraq 657 milyon tona çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır