Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Ötən il Los-Anceles limanının ümumi konteyner dövriyyəsi  8 634 497 TEU təşkil edib

2023-cü il üçün Los-Anceles limanının ümumi konteyner dövriyyəsi əvvəlki illə müqayisədə 13% azalaraq 8 634 497 TEU təşkil edib.

“Seanews.az” xəbər verir ki, Liman administrasiyasının hesabatında belə deyilir.

İlin sonunun liman üçün daha uğurlu olduğu qeyd edilir: dekabrda limanın terminallarında 747 335 TEU işlənib. Bu da 2022-ci illə müqayisədə 2,5% çoxdur. Bu rəqəmə 369 477 TEU idxal konteynerləri (+5%), 121 575 TEU ixrac konteynerləri (+26%) və 256 283 TEU boş konteynerlər (-8,5%) daxildir.

Hesabatda o da bildirilir ki, liman terminallarında yüklərin aşırılma həcmlərində beş ay ardıcıl olaraq artım qeydə alınıb.

Ümumilikdə ötürmə qabiliyyəti azalsa da, Los-Anceles 24-cü ildir ki, ABŞ-nin ən işlək konteyner limanı kimi liderliyini qoruyub saxlayır.

Qeyd edək ki, liman San Pedro körfəzində, Los-Ancelesin mərkəzindən 20 mil məsafədə yerləşir. 3,5 min hektar sahədə qalaq, dənəvər və maye yüklərin, konteynerlərin və avtomobillərin, habelə qarışıq növ yüklərin daşınması üçün 27 terminal fəaliyyət göstərir. Ümumilikdə bu terminallarla ildə 190 milyon tona qədər yük işləmək mümkündür.

Limanın fəaliyyəti şəhər üçün 133 min iş yeri yaradır və Cənubi Kaliforniya regionunda (5 mahaldan ibarət) demək olar ki, 480 min insanı işlə təmin etməyə imkan verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır