Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Jayk çayı ilə tranzit yüklər daşınacaq

Qazaxıstanda Jayk çayı (Ural) boyunca, o cümlədən, Atırau – Jayk – Xəzər kanalı – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində ixracın inkişafı üzərində iş aparılır.

“Seanews.az” Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, Jayk-Xəzər kanalında 2024-2025-ci illərdə dibdərinləşdirmə işlərinin görülməsi nəzərdə tutulub. Kanalda dərinlik 2,5-3 metrə çatdırılacaq. Bu, iritutumlu gəmilərin kanaldan təhlükəsiz keçməsini təmin edəcək.

Bundan əlavə, Atırau infrastrukturunun kiçik modernləşdirilməsi tələb olunacaq ki, bu da özəl investisiyalar hesabına həyata keçiriləcək.

“Yüklərin daşınmasına 2026-cı ildə başlamaq mümkün olacaq və bu il həmin marşrutun Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna daxil edilməsi planlaşdırılır”, - deyə Nəqliyyat Nazirliyindən bildiriblər.

Bu marşrut üzrə perspektiv yüklərə “Tengizchevroil” və “KPI” tərəfindən kükürd və polipropilen ixracı daxildir. Daşımaların həcminin 1 milyon tona çatacağına ümid edilir.

Daha əvvəl bildirilmişdi ki, transsərhəd İrtış çayının multimodal tranzit dəhlizinin inkişafı vasitəsilə Qazaxıstan Çin və Rusiya arasında yeni yükdaşıma marşrutu açacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır