Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Ventspils limanına 1148 gəmi yan alıb

2023-cü ildə Latviyanın Ventspils limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,3% azalaraq 10,4 milyon ton təşkil edib.

Liman administrasiyasının məlumatına əsasən, balker yüklərinin dövriyyəsi 6% azalaraq 4,82 milyon ton olub. Qeyd edək ki, Qazaxıstandan gələn kömür liman vasitəsilə daşınır.

Limanda maye yüklərin işlənməsi iki dəfə azalaraq 3,4 milyon tona düşüb.

Ventspilsdə bərələrə (Ro-Ro) yükdaşımaların həcmi 23,3% azalaraq 2,17 milyon ton olub.

Hesabat dövründə limana 1148 gəmi yan alıb ki, bu da 17,7% az deməkdir.

Qeyd edək ki, 2022-ci ildə limanın yük dövriyyəsi 14,7 milyon ton təşkil edib.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır