Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Lonq-Biç limanında 2024-cü ilin yanvar ayında 674 015 TEU aşırılıb

Lonq-Biç limanında 2024-cü ilin yanvar ayında 674 015 TEU aşırılıb. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,5% çoxdur.

“Seanews.az” xəbər verir ki, idxal konteynerlərinin aşırılması 23,5% artaraq 325 339, ixrac konteynerlərinin həcmi isə 18,1% azalaraq 86 525 TEU təşkil edib. Boş konteynerlərin işlənməsi 28% artaraq 262.151 TEU-ya çatıb.

Liman administrasiyası 13 aylıq ticarət fəaliyyətinin azalmasından sonra limanda aşırılan yüklərin həcmində müsbət dinamika olduğunu qeyd edir.

İlin əvvəlində limanın fəaliyyətindəki artım, pərakəndə satıcıların Çin Yeni ili ərəfəsində ehtiyatlar toplamağa çalışdığı bir vaxtda baş verir, çünki Şərqi Asiyadakı müəssisələr bayram zamanı təxminən iki həftə bağlı qalır.

1911-ci ildə tikilmiş Lonq-Biç limanı trans-Sakit okean xidmətləri üzrə yük daşımaları üçün mərkəzdir. Liman yüklərin idarə edilməsi, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üçün ən son texnologiyalar tətbiq edir. 217 limandan 175 gəmi xətti ilə gələn yükləri qəbul edən Lonq-Biç hər il 180 milyard dollar dəyərində yükaşırma həyata keçirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır