Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Yanvarda Honkonq limanının konteyner dövriyyəsi 1,27 milyon TEU təşkil edib

2024-cü ilin yanvarında Honkonq limanının konteyner dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,1% artaraq 1,27 milyon TEU təşkil edib.

“Seanews.az” xəbər verir ki, ən böyük konteyner terminalı olan Kvai Sinq ilə 976 min TEU aşırılıb ki, bu da 16,3% artım deməkdir.

Hesabat dövründə digər liman terminalları vasitəsilə yükaşırmalar 29,2% artaraq 295 min TEU-ya çatıb.

Honkonq limanı dünyanın ən böyük yükaşırma mərkəzlərindən biridir. Limana ildə 456 min gəmi yan alır.  2023-cü ildə limanın konteyner dövriyyəsi 14% azalaraq 14,3 milyon TEU olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır