

“Sinokor” konteyner xətti Vostoçnı limanına xidməti dayandırır
Cənubi Koreyanın “Sinokor” konteyner xətti idxal və ixrac istiqamətində Vostoçnı limanına xidmətini dayandırır.
“Seanews.az” xəbər verir ki, bu barədə xəttin baş agenti və nümayəndəsi “Sinokor Rus” saytında məlumat yer alıb.
Vostoçnı limanına yanalma ilə son səfərlər martın 31-dək planlaşdırılır.
“Sinokor Rus” müştərilərinə konteynerlərin Vladivostok vasitəsilə və ya üçüncü tərəf gəmiləri ilə sonrakı daşınmasını planlaşdırmağı tövsiyə edir.
Xatırladaq ki, bu il fevralın 23-də “Vostochnaya Stevedoring Company” MMC ABŞ sanksiyalarına məruz qalıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır